Ramadi şəhər mərkəzi terrorçulardan təmizlənib 25 Aprel 2015 01:00 Dünya Anbar vilayətinin mərkəzi Ramadinin İŞİD terrorçularından təmizləndiyi, ancaq 3 cəbhədə toqquşmaların hələ də davam etdiyi bildirilir. Maide.az-ın məlumatına görə, Ramadi valisi Delef Kubeysi mətbuata açıqlamasında, şəhər mərkəzinin təhlükəsizlik qüvvələri tərəfindən tamamilə azad edildiyini, ancaq 3 cəbhədə qarşıdurmaların davam etdiyini deyib. O, əməliyyat çərçivəsində təxminən 60 terrorçunun öldürüldüyünü bildirib. Anbar Rayon Məclisi sədrinin müavini Falih İsavi isə təhlükəsizlik qüvvələrinin dünən Ramadidə olan Qadın Doğuş Dövlət Xəstəxanasının təhlükəsizliyini təmin etmək üçün əməliyyata başladığını söyləyib. Sufiyə bölgəsində əməliyyatların davam etdiyini bildirən Falih İsavi, "Ramadinin 60 kilometr şərqindəki Gərmə rayonunun nəzarəti qismən təhlükəsizlik qüvvələrindədir. Fellucə ilə əlaqə yolu isə tamamilə İŞİD-dən alınıb", - deyə danışıb. Teqlər : #Ramadi şəhər mərkəzi terrorçulardan təmizlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya ordusu İdlibdə strateji təpəni nəzarətə götürdü Ayətullah İsa Qasim: `Bəhreyn xalqı heç vaxt təslim olmayacaq`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO