İran: ABŞ-ın yeni sanksiyaları hüquqa ziddir

İran Xarici İşlər Nazirliyi İranın balistik proqramı üzündən yeni sanksiyalar tətbiq edən ABŞ-ı riyakarlıqda günahlandırdı.
 
Maide.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ın İrana nüvə proqramı səbəbiylə tətbiq olunan sanksiyaların qaldırılmasından dərhal sonra balistik raket sanksiyası tətbiqini tənqid edib.
 
Nazirlik Sözçüsü Hüseyn Cabiri Ənsari ABŞ-ın satdığı silahların fələstinli və yəmənlilərə qarşı istifadə edildiyinə diqqət çəkərək, sanksiyaların hüquqa zidd olduğunu deyib. Ənsari, "ABŞ-ın İranın balistik raket proqramına tətbiq etdiyi sanksiyaların heç bir hüquqi və ya etik legitimliyi yoxdur. ABŞ hər il bölgədəki ölkələrə on milyardlarla dollarlıq silah satır. Bu silahlar Fələstinli, Livanlı və son zamanlarda Yəmənlilərə qarşı müharibə cinayətlərində istifadə edilir" deyib.
 
Digər tərəfdən, ABŞ-la digər məsələlər üzərində müzakirə aparmayacaqlarını deyən Ənsari, "Bizə zərər verməyə qarşı bu cür təbliğat aksiyaları və tətbirlərinə hüquqa uyğun şəkildə raket proqramımızı daha da inkişaf etdirməyə və müdafiə imkanları ilə milli təhlükəsizliyimizi artırmağa davam edərək cavab verəcəyik" söyləyib.

Google+ WhatsApp ok.ru