İran-Türkiyə qatarlarının fəaliyyəti təhlükəsizlik məsələlərinə görə dayandırıldı 01 Avqust 2015 01:00 Dünya İran İslam Respublikasının Dəmiryol Şirkətinin icraçı direktoru Möhsün Purseyyidağayi Tehran-Ankara qatarının hərəkətinin Türkiyə hökumətinin müraciəti əsasında dayandırıldığını bildirib. Maide.az xəbər verir ki, M. Purseyyidağayi Yol və Şəhərsalma Nazirliyinin portalına verdiyi müsahibədə deyib ki, Türkiyə hökumətinin müraciətinə əsasən və İran Xarici İşlər Nazirliyinin koordinasiyası ilə dəmiryolu xəttində tam təhlükəsizlik bərqərar olunana qədər İrandan Türkiyəyə yeni qatar getməyəcək. M.Purseyyidağayi əlavə edib ki, İran Xarici İşlər Nazirliyi Tehran-Ankara dəmiryol xəttinin təhlükəsizliyinin təmin olunması barəsində rəsmi məktubu Türkiyə Xarici İşlər Nazirliyinə göndərib və hələlik cavab alınmayıb. Türkiyə rəsmilərinin bildirdiyinə görə, ötən cümə axşamı günü Ankara-Tehran sərnişin qatarı Türkiyə ərazisində PKK qrupunun hücumuna məruz qalıb. Türkiyədə de-stabillik 31 nəfərin ölməsi və təxminən 100 nəfərin yaralanması ilə nəticələnən Suriya sərhədi yaxınlığında Türkiyənin Suruç şəhərində kürd tərəfdarlarına hücumdan sonra başlayıb. / Teqlər : #İranTürkiyə qatarlarının fəaliyyəti təhlükəsizlik məsələlərinə görə dayandırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanlı rəsmi ölkəsində 180 milyon müsəlmanın yaşadığını açıqladı Almaniyada mətbuat azadlığına dəstək aksiya keçirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO