İran 200 min dollar sərmayə müqabilində xarici vətəndaşlara 5 illik yaşayış hüququ verəcək

İran 200 min dollar sərmayə müqabilində xarici vətəndaşlara 5 illik yaşayış hüququ verəcək

İran 200 min dollar sərmayə qoyuluşu müqabilində xarici vətəndaşlar üçün beş illik yaşayış hüququ verir.
 
Maide.Az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu prezident  Həsən Ruhaninin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Nəhavəndiyan Çabahar azad iqtisadi zonasında sahibkarlarla və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bildirib: “Əfqanıstanlı investorlar və iş adamları İranda biznes fəaliyyəti göstərməkdə maraqlıdırlar, buna görə də onların burada fəaliyyəti üçün müvafiq şərait təmin edilməlidir”.  
 
M.Nəhavəndiyan qeyd edib ki, İrana 200 min dollar məbləğində sərmayə qoyan xarici vətəndaşlara beş illik yaşayış hüququ veriləcək: “Sahibkarlar və investorlar tərəfindən qaldırılan bütün məsələlərə prioritet əsasında baxılacaq və bu vilayətin problemlərinin həlli istiqamətində müsbət qərarlar qəbul ediləcək”.
 

Google+ WhatsApp ok.ru