İran Ərəbistana nota verdi

İran İslam Respublikası xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlılar üzrə müavini Həsən Qəşqavi  İranın Livandakı sabiq səfirinin Mina faciəsindən sonrakı vəziyyətinə aydınlığın gətirilməsi məqsədi ilə Ərəbistana notanın verildiyini bildirib.
Maide.az xəbər verir ki,  Həsən Qəşqavi Mehr xəbər agentliyi ilə müsahibədə Mina faciəsindən 40 gün keçdiyini vurğulayaraq İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadi də daxil olmaqla bir qrup iranlı zəvvarın taleyinin naməlum olaraq qalması ilə bağlı bu ölkənin Ərəbistana rəsmən nota verdiyini bildirib və deyib: Səudiyyəlilər dərhal vəziyyətə aydınlıq gətirməlidirlər. 
H.Qəşqavi  Mina hadisəsinə hüquqi qiymətin verilməsi üçün hüquqşünaslar ilə iclasların keçirildiyini bildirib və deyib ki, məsələnin diqqət mərkəzində saxlanılacaq. 
Mina faciəsindən 40 günün ötməsinə rəğmən hələ də 25 iranlı zəvvarın o cümlədən İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadinin taleyi barədə məlumat yoxdur. 
Minada baş verən faciədə 464 iranlı həyatını itirib. /
 

Google+ WhatsApp ok.ru