İran Əhvaz terrorçularına balistik raketlə cavab verdi - FOTO 01 Oktyabr 2018 01:00 Dünya İranın rəsmi qaynaqları Sepah tərəfindən Fərat çayının şərq hissəsindəki İŞİD hədəflərini raket atəşinə tutduğunu açıqlayıb. Maide.Az Mehr agentliyinə istinadən xəbər verir ki, raketlər ABŞ-ın hərbi cərgələrinə çox yaxın olan İŞİD hədəflərini vurub. İranın dövlət televiziyasının xəbərinə görə, raket zərbələri Suriyanın Deyrizor əyalətinin Əbu Kamal bölgəsini vurub. Açıqlamada neçə raket atıldığı bildirilməsə də hücumun Əhvazdakı terrora qarşılıq olaraq İŞİD hədəflərinə yönəldiyi bildirilir. Fars xəbər agentliyinin məlumatına görə, yerli vaxtla gecə saat 2-də Kirmanşah əyalətindən atılan balistik raketlərin 750 kilometr atış mənzili olan Zülfüqar və 800 kilometr atış mənzili olan Qiyam olduğu qeyd olunub. Məlumatda raket hücumu nəticəsində çox sayda İŞİD terrorçusunun öldürüldüyü bildirilir. Qeyd edək ki,sentyabrın 22-də İranın cənub-qərbindəki Xuzestan əyalətinin Əhvaz bölgəsində İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə keçirilən hərbi parad zamanı terror törədilib. Nəticədə 25 nəfər şəhid olub, 69 nəfər yaralanıb. Teqlər : #İran Əhvaz terrorçularına balistik raketlə cavab verdi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada sunami və zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb Bəhreyndə 169 nəfər saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO