İrana qarşı sanksiyaların dayandırılması bir il çəkə bilər

ABŞ Dövlət Departamenti bəyan edib ki, İrana qarşı sanksiyaların dayandırılması İranın nüvə proqramı üzrə yekun sazişin bağlanmasından sonra təxminən bir il çəkə bilər.
 
Bu barədə qurumun nümayəndəsi Mari Harf bildirib. 
 
“Biz gözləyirik ki, sanksiyaların dayandırılması bir il ərzində baş verəcək”, - o qeyd edib. 
 
Dövlət Departamentinin baş katibi Con Kerrinin fikrincə, İrana sanksiyaların dayandırılması üçün lazımı addımları atması üçün sazişin imzalanmasından sonra ən azı altı ay tələb olunacaq. 

Google+ WhatsApp ok.ru