İran Azərbaycana elektrikötürücü xəttinin tikintisini başa çatdırdı 30 İyun 2016 01:00 Dünya “Bu xətt ilə iki ölkə arasıda 600 meqavata qədər elektrik enerjisi ötürülə bilər”. İranın energetika naziri Həmid Çitçyan ölkənin qonşu Azərbaycana elektrik ötürəcəyi infrastruktur layihəsinin başa çatdığını bəyan edib. Oxu.Az bu barədə İran.ru-ya istinadən xəbər verir. “İran iki ölkə arasıda 600 meqavata qədər elektrik enerjisi ötürə biləcək elektrikötürücü xətti layihəsi başa çatıb”, - nazir bildirib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Gürcüstanda elektrik enerjisinin istehlakı üzrə pik mövsüm qış, İran üçün isə yay mövsümüdür. “İran elektrik enerjisini bu ölkələrə qışda ixrac edəcək və yayda isə idxal edəcək. Beləliklə, biz yeni elektrik stansiyalarının tikintilərinin azaldılması hesabına məsrəflərə qənaət edə bilərik”, - Həmid Çitçyan bildirib. Teqlər : #İran Azərbaycana elektrikötürücü xəttinin tikintisini başa çatdırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təvaf zamanı selfi başqa zəvvarlara mane olur Şotlandiyalı deputat: Amerikalilar dünyanı düzəltmək istəyərkən, hər yanı pis günə qoyublar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO