İran bütün beynəlxalq öhdəliklərinə sadiq qalacaq

İran bütün beynəlxalq öhdəliklərinə sadiq qalacaq

İran parlamentində nazirlər kabinetinin üzvlərinin müdafiəsi məqsədi ilə çıxış edən prezident Həsən Ruhani xalqın seçkilərdə aktiv və geniş iştirakını təqdir edib. 
 
Maide.Az “Mehr”-ə istinadən xəbər verir ki, H.Ruhani bidlirib ki, millət vəkillərinin ölkənin idarəetməsində rolu çox xüsusi bir roldur və bu mövzuda prezidentlə ortaq vəzifə bölüşürlər. “Bu gün parlamentdən səs almaq üçün təqdim olunan nazirlərimiz Ali Rəhbər Ayətullah Xameneinin buyuruqlarına görə, dövlətin bütün təşkilatlarıyla əməkdaşlıq edərək ölkəyə xidmət göstərəcək. 
 
 4 il əvvəl ölkədə yaranan bir çox problemlərin arxada qaldığını bildirən H.Ruhani bildirib ki, bu gün artıq İranın tək qalması, iqtisadi böhran və sanksiyalara məruz qalmasından danışmaq imkansızdır. “Düzdür lazım olan şərtlərə çatmaq üçün daha çox yolumuz var, lakin hökumət xalqımızın verdiyi dəstəklərələ ictimai imkanlar vasitəsilə bu iqtisadi inkişafı daha da sürətləndirə bilər”.
 
Ruhani yeni hökumətin mövcud problemlərin aradan qaldırılmasına çalışacağını bildirib və deyib ki, bu istiqamətdə cəsur və eyni zamanda bəsirətlə qərar almağa çalışacağıq. Planladığımız islahatlar sayəsində ölkənin qalıcı bir inkişafa çatacağını gözləyirik. Yoxsulluğun kökünün kəsilməsi ictimai ədalətin icrası üçün də səy göstərəcəyik. 
 
H.Ruhani deyib ki, ölkə daxili istehsala əsaslanan lakin eyni zamanda xaricə də  açıq olan bir iqtisadiyyata çatmağı hədəfə almışıq.  “Bunun üçün də büdcədəki balanssızlıq problemini islah etməliyik. Çünki İrandakı bütün hökumətlər neft satışından əldə edilən gəlirə bağlı qalaraq balanssız bir büdcəylə qarşı-qarşıya gəlir”
H.Ruhani  İranın yeni hökumətinin xarici siyasəti ilə bağlı da danışıb və bildirib ki, yeni hökumətin xarici siyasəti, bütün dünyayla qarşılıqlı əməkdaşlıq edib və İranlıların ləyaqətinin qorunması istiqamətində olacaq. 
 
“Nüvə razılaşma bütün ölkələrin mənfəətini təmin edərək dünya ilə aramızdakı əməkdaşlığın yollarını açmışdır. Lakin bu istiqamətdə İran bütün öhdəliklərinə bağlı qalaraq digər tərəflərin pozuntularını yaxından araşdırır. Lazım olan cavabı da verəcəkdir.Yenidən təhdid dili ilə danışan bəzi ölkələr sonunda özləri zərərli çıxacaq.”
 Ruhani əlavə edib ki, bütün dünya Trumpın başçılıq etdiyi ABŞ-ın qlobal razılaşmaları görməməzlikdən gəldiyini aydın gördü. “Beləcə Amerika yaxşı bir ortaq və ya dialoq üçün etibarlı bir ölkə olmadığını da göstərmiş oldu. Əgər ABŞ rəhbərliyi eyni metodlara müraciət etsə, onda biz qısa müddət ərzində, həftə və ya ay deyil, bir neçə gün və ya saat ərzində əvvəlki vəziyyətə qayıdacağıq. Bütün bunlara baxmayaraq, İran beynəlxalq öhdəliklərinə sadiq qalıb millətinin himaysi vasitəsiylə bu yolda irəliləyəcək. ”/

Google+ WhatsApp ok.ru