İranda dünyanın ən təhlükəli terrorçularından olan Rigi öldürülüb

İran-Pakistan sərhədində çoxsaylı terror aktlarını və hücumları həyata keçirən "Ceyşun-Nusra" qruplaşmasının lideri Abdurrauf Rigi digər silahlı qruplaşmalarla toqquşmada öldürülüb.
 
"Ceyşun-Nusra" qruplaşmasının lideri Abdurrauf Rigi İranda terror aklatı törətmiş "Ceyşul-Ədl" qruplaşması ilə döyüşdə ölüb. Pakistanın Bəluçistan əyalətinin əl-Bandin bölgəsində baş veən qarşıdurmada Riginin bacısı oğlu və müavini Əbubəkr Rigi də ölüb.
 
Məlumata görə, iki terror qruplaşması arasında yaranan insident narkotik maddələr və qeyri-leqal maliyyə mənbələrinin bölüşdürülməsi zəminində baş verib.

Google+ WhatsApp ok.ru