İranda kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

İranda kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

İranın Gülüstan əyalətində "Zemestan-e Yurt" kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, bunu İranın Əmək, Kooperasiya və Sosial Təminat naziri Əli Rəbii deyib. 
 
Bundan əvvəl, hadisə nəticəsində 21 nəfərin öldüyü, 69 nəfərin xəsarət aldığı bildirilirdi.
 
Qeyd edək ki, hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib. Daş kömür mədəninin 1800 metr dərinliyində baş vermiş partlayış nəticəsində xeyli sayda mədənçinin şaxtada qaldığı bildirilir. 
 
Ötən gün ölkənin Təcili Tibbi Yardım təşkilatı bildirmişdi ki, mədənin cənub hissəsində 50 nəfər, şimal hissəsində isə 40 nəfər qalıb.  
 
Baş vermiş hadisə ilə əlaqədar İranın Gülüstan əyalətində 3 gün matəm elan olunub.

 

Google+ WhatsApp ok.ru