İrandan ABŞ-a xəbərdarlıq: `Sepah` terror təşkilatları siyahısına daxil edilərsə... 09 Oktyabr 2017 01:00 Dünya İranın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) terror təşkilatları siyahısına daxil ediləcəyi təqdirdə Tehran ABŞ-a qarşı qəti addımlar atacaq. Maide.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran ABŞ-ın bu cür addım atmaqla strateji səhvə yol verməyəcəyinə ümid edir. “Ümid edirik Amerikanın hakim dairələri bu stratejik və önəmli səhvi etməyəcəklər. Lakin əgər onlar bu işi görmüş olsalar İranın cavabı qəti, ağır və möhkəm olacaq. Amerika gərək atacağı bu addımdan sonra baş verənlərin məsuliyyətini qəbul etsin.” Qeyd edək ki, bir müddət əvvəl Korpusun komandanı Məhəmməd Əli Cəfəri İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ tərəfindən terror təşkilatı adlandırılacağı təqdirdə, İranın da ABŞ hərbçilərinə terrorçu kimi yanaşacığını bəyan ertmişdi.(tasnimnews) Teqlər : #İrandan ABŞa xəbərdarlıq: `Sepah` terror təşkilatları siyahısına daxil edilərsə..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə və ABŞ bir çox viza xidmətlərini dayandırır Hindistan hökuməti `Tac Mahal`ı turizm obyektləri siyahısından çıxarıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO