İrandan ABŞ-a zərbə

İran ABŞ ordusuna aid pilotsuz "RQ-170" kəşfiyyat təyyarəsi hazırlayıb. 
 
Axar.az xəbər verir ki, bu barədə İran Hava-Kosmik komandiri Əmir Əli Hacızadə məlumat verib. Onun sözlərinə görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əsgərlərinin 2011-də Əfqanıstan sərhədində ələ keçirdikləri Amerikanın "RQ 170" modelini istehsal ediblər.
 
"RQ-170" hərbi təyyarəsi bu gün ilk uçuşunu gerçəkləşdirib. 
 
Bildirilib ki, "RQ-170" ilə bağlı hazırlanmış film tezliklə ictimaiyyətə təqdim ediləcək.
 
Təqdimat mərasimində çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin komandanı jurnalistlərə açıqlamasında Amerikanın planlarının gerçəkləşməsinə icazə verməyəcəklərini deyib:
 
 
“Amerika Fars Körfəzini tərk etməyə məcburdur. Çünki bütün ölkələr Amerikanın Fars Körfəzində mənfur və çirkin niyyətləri olmasından agahdır”.

Google+ WhatsApp ok.ru