İrandan İdlib mesajı: ʿSəbrimizi sınamayın!ʾ

İrandan İdlib mesajı: ʿSəbrimizi sınamayın!ʾ

Martın 1-i səhər İranın Suriyadakı Hərbi Məsləhət Mərkəzi Türkiyəyə belə bir mesaj göndərib:
 
“İdlibdə Türkiyə əsgərlərinə hücum etməməyi əmr etdik, ancaq Türkiyə əsgərləri mövqelərimizə və bazalarımıza atəş açmaqda davam edir”.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, İranın Suriyadakı Hərbi Məsləhət Mərkəzi bölgədəki son hadisələrlə əlaqədar verdiyi bəyanatında, Türkiyənin Tehranın etidallı duruşuna baxmayaraq, Suriyanın şimal-qərbindəki İran hərbi qüvvələrinin mövqelərini artilleriya hücumları tənzimləməyə davam etdiyini bildirib. Bununla birlikdə İran tərəfi Ankaranı, Suriya və Türkiyə xalqlarının maraqlarına xidmət edəcək şəkildə, İdlib məsələsində ağıllı bir yanaşma göstərməyə dəvət edib.
 
Bəyanatda belə qeyd olunub: “Qüvvələrimizə həyatlarını xilas etmək üçün İdlibdəki Türkiyə əsgərlərinə hücum etməməyi əmr etdik. Türkiyə qoşunları silahlarımızın əhatəsində olmasına baxmayaraq, biz onlara hücum etməkdən imtina etdik. Amma Türkiyə əsgərləri mövqelərimizə və bazalarımıza atəş açmaqda davam edir”.
 
Qeyd edək ki, ötən şənbə günü Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və İranın prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
 
Ruhani Ərdoğana Rusiyanın iştirak etmədiyi bir Türkiyə-İran-Suriya ortaq sammiti keçirməyi təklif edərək belə demişdi: “Suriyanın ərazi bütövlüyünün qorunması, terrorçuların rədd edilməsi, günahsız insanların müdafiəsi və İdlib məsələsinin sürətli şəkildə həll edilməsi ilə bağlı əsas razılaşmalarımıza uyğun olaraq fikir ayrılıqları aradan qaldırıla bilər”.
 

Google+ WhatsApp ok.ru