İrandan Səudiyyə Ərəbistana sərt xəbərdarlıq: Məkkə və Mədinədən başqa hər yeri dağıdarıq

İrandan Səudiyyə Ərəbistana sərt xəbərdarlıq: Məkkə və Mədinədən başqa hər yeri dağıdarıq

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın İrana qarşı çıxışının ardınca İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqan bu ölkəni sərt hədələyib və bildirib ki, əgər səudiyyəlilər cahillik edərsə, o zaman rəsmi Tehran ancaq müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinəyə toxunmayacaq.
 
Maide.Az xəbər verir ki, bazar gene “Əl-Mənar” televiziyasına müsahibə verən H.Dehqan Səudiyyə Ərəbistanı hədələməsinə səbəb, bu ölkənin vəliəhdi bin Salmanın “Biz, Ərəbistanın müharibə meydanına çevrilməsini gözləməyəcək və İranı döyüş meydanına çevirəcəyik” sözlərinə görədir. 
 
H.Dehqan deyib ki, biz onlara xəbərdarlıq edirik ki, cahillik etməsin. “Biz onlara (Səudiyyə Ərəbistanı - red.) cahillik etməməyi məsləhət görürük. Lakin əgər düşünülməmiş bir addım atarlarsa, biz Məkkə və Mədinə istisna olmaqla, Səudiyyə Ərəbistanında sağ-salamat bir dənə də yer saxlamayacağıq”. 
 
İranın müdafiə naziri Səudiyyə Ərəbistan qırıcılarının Yəməni bombalamasına toxunaraq bildirib ki, səudiyyəlilər elə düşünür ki, hərbi hava qüvvələri varsa hər nə istəsələr edə bilər.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Muhəmmən bin Salman daha əvvəl bildirmişdi ki, İranın “İslam dünyası üzərində hakim olmaq” istəyi Səudiyyə Ərəbistanı ilə dialoqun qurulması üçün maneədir.
 
Bin Salmanın fikrincə, İran bütün müsəlmanlar üçün müqəddəs olan Kəbəyə çatmaq istəyir. “Biz, İrana qarşı hərəkətə keçmək üçün, Səudiyyə Ərəbistanının ərazisində hərbi əməliyyatların başlamasını gözləmirik.”, - deyə o əlavə edib.

Google+ WhatsApp ok.ru