İranda polis avtomobilinə hücum, ölən və yaralanan var

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətinin Nukabad şəhərində silahlı şəxslər polis avtomobilinə hücum edib, 1 polis nəfəri ölüb, 2 polis nəfəri isə yaralanıb.
Maide.az-ın İRNA agentliyinə istinadən məlumatına görə,  polis avtomobilinə hücumu təşkil edən silahlılar hadisə yerindən qaçıb. Hələlik heç bir qrup hadisə ilə bağlı məsuliyyəti üzərinə götürməyib.  
Qeyd edək ki, ötən həftə İranın  Sistan və Bəluçistan əyalətində terrorçu qruplaşmanın 18 üzvü həbs olunmışdı. /
 

 

Google+ WhatsApp ok.ru