İranda prezident seçkiləri kampaniyasına start verilib 11 Aprel 2017 01:00 Dünya İranda prezident seçkilərinə rəsmən start verilib. Seçkilərdə iştirak edəcək namizədlərin qeydiyyatına bu gün səhər start verilib. Namizədlərin qeydiyyatı 5 gün davam edəcək. Bu müddət başa çatdıqdan sonra Konstitusiyanın Qorunmasına Nəzarət Şurası 5 gün ərzində namizədlərin səlahiyyətini araşdıracaq. İran daxili işlər naziri Əlirza Rəhmani Fəzli bildirib ki, bütün icra orqanlarına namizədlərin qeydiyyatına başlanılması barədə göstəriş verilib: “Hər kəsi sağlam və əxlaqa uyğun seçkilər keçirməyə dəvət edirəm. Xalqa elan edirəm ki, Daxili İşlər Nazirliyi, Nəzarət Şurası və parlament tamamilə sağlam, qanuna uyğun seçkilərin keçirilməsi üçün proqram hazırlayıb. Sorğuların nəticələrinə əsasən seçicilərin fəallığı 60 faiz təşkil edəcək. Mən isə fəallığın 70 faizdən çox olacağını proqnozlaşdırıram. Ümid edirəm ki, seçkilər sakit keçəcək”. (apa) / Teqlər : #İranda prezident seçkiləri kampaniyasına start verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət İmam Rza (ə) hərəmində İmam Əlinin (ə) mövlud gecəsi - FOTO Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı Bakıda
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO