İranda terror aktının qarşısı aqlındı

İran xüsusi xidməti iki terror qruplaşmasını  zərərsizləşdirib.
 
Maide.az xəbər verir ki, qruplar anti-terror əməliyyatı nəticəsində ölkənin şərq və şimal - qərb sərhədləri yaxınlığında aşkar olunaraq zərərsizləşdiriliblər. Terrorçuların üzərindən çox sayda partlayıcı qurğu, silah və döyüş sursatı aşkar olunub.
 
İran milli təhlükəsizlik və kəşfiyyat nazirliyinə istinadən verdiyi məlumatına görə, bir qrup ölkənin şərqində Sistan və Belucistan əyalətində aşkar olunub. Silahlılar İranın şərq sərhədləri yaxınlığında yerləşən İranşəhr şəhərində 10 partlayıcı qurğu partlatmağı planlaşdırıblar. Partlayıcı qurğuların ümumi çəkisi 150 kq təşkil edib.
 
Terrorçuların ikinci qrupu Qərbi Azərbaycan əyalətində zərərsizləşdirilib. Bu qrupdanda külli miqdarda döyüş sursatı götürülüb. Ölkə rəhbərliyi silahlı qrupların İran ərazisində terror aktları törətməyi planlaşdırdığını açıqlayıb.
 
Daha əvvəl İranın İraqla sərhədində yerləşən Kermanşah əyalətində İŞİD terror qruplaşması ilə əlaqəli olan bir qrup zərərsizləşdirilib. İran İslam inqilabı keşikçilərinin məlumatına görə, son 2 ildə qonşu İraqdan İrana bir neçə dəfə İŞİD üzvlərindən ibarət qrupların keçməsinin qarşısı alınıb. /

Google+ WhatsApp ok.ru