İranda yeni seçilmiş prezident ayətullah Rəisinin andiçmə mərasimi keçirilir

İranda yeni seçilmiş prezident ayətullah Rəisinin andiçmə mərasimi keçirilir

Tehranda Iran parlamenti binasında yeni seçilmiş prezident ayətullah Seyid İbrahim Rəisinin ölkə prezidenti qismində andiçmə mərasimi keçirilir.
 
Maide.Az “İSNA”a istinadla xəbər verir ki, andiçmə mərasimində İran parlamenti üzvlərilə yanaşı eləcə də 73 ölkədən 115 nümayəndələr iştirak edirlər.
 
Avqust ayının 3-də təşkil olunmuş mərasimdıə Ali Rəhbər ayətullah Xamenei prezident Rəisini yeni vəzifəsində rəsmən təsdiqlədi.
 
Qeyd edək ki,  Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin andiçmə mərasimində Azərbaycanı  Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 
 

Google+ WhatsApp ok.ru