İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib

İranın Cənubi Xorasan əyalətinin Xusf bölgəsində zəlzələ baş verib. 
 
Maide.Az “iribnews”-a istinadən xəbər verir ki, zəlzələ  yerli vaxtla saat 03:10-da, episentrinin Xusf bölgəsində 9 kilometr dərinliyində və 4.7 bal gücündə olduğu bildirilib. 
 
Zəlzələ nəticəsində  bölgədə yaşayan insanların evlərinə və bir sıra infrastruktura ziyan dəyib. 
 
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. 

Google+ WhatsApp ok.ru