İran istehsal etdiyi 4 yeni dərman preparatının təqdimatını keçirib

İran istehsal etdiyi 4 yeni dərman preparatının təqdimatını keçirib

İran istehsal etdiyi 4 yeni dərman preparatının təqdimatını keçirib. 
 
Maide.Az “İRNA”-a istinadən xəbər verir ki, təqdimatı keçirilən dərmanlardan birinin adı“Sofosbuvir”dır ki,  Hepatit C virusu əleyhinə güclü preparat hesab olunur. 
 
Təqdim olunan digər dərman infakt və insult keçirən xəstələrdə qan laxtalanmasının müalicəsi üçün istifadə olunan “Clopidogrel” adlı dərmandır. 
İstehsal olunan üçüncü dərman isə qanda xolesterinin səviyyəsini aşağı salan  “Atorvastatin” adlı dərmanındır.  Təqdim olunan digər dərman preparatı qan təzyiqi əleyhinə olan “Nıfedıpın” adlı dərmandır. 
 
Qeyd edək ki, adı çəkilən dərman preparatlarının xaricdə itehsal olunan eyni adlı dərman preparatlarının tərkibidir. Həmin dərmanların idxalı həddən artıq baha olduğu üçün İran ölkə daxilində həmin preparatların istehsalını təmin edir. Bu həmdə həmin dərman preparatlarının  daha ucuz qiymətə başa gəlməsinə səbəb olur. 
 

 

Google+ WhatsApp ok.ru