İranla Azərbaycan arasında ekstraterritorial əkin sahələrinin işlənilməsinə dair razılıq əldə olunub 26 May 2020 15:00 Dünya İranla Azərbaycan arasında ekstraterritorial əkin sahələrinin işlənilməsinə dair razılıq əldə olunub. Maide.Az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın ərzaq məhsullarının istehsalı şirkətinin İdarə Heyətinin və Tehran ticarət, mədənlər, sənaye gənclər evinin Rəyasət Heyətinin sədri Mehdi Kərimi Təfərrüşi deyib. Onun sözlərinə görə, ekstraterritorial sahələrinin əkilməsi və istifadəsi Azərbaycan və İran arasında müştərək ticari imkanları yaradacaq: “Biz hazırda bu işin baş tutması üçün çalışırıq. Hazırda ölkəmiz susuzluq problemi ilə üz-üzədir. Kənd təsərrüfatının və ərzaq təminatının ən yaxşı yollarından biri ekstraterritorial əkin sahələrinin işlədilməsidir” M. Kərimi Təfərrüşinin sözlərinə görə, İran ildə 120 min tondan çox ərzaq məhsulu istehsal edir ki, onların 30%-i tullantıya çevrilir. “İranda əkin sahələrinin yarıdan çoxu quru torpaqlardır. İran MDB ölkələri ilə xüsusi ilə Azərbaycanla çox oxşarlıqlar olduğuna və yaxın olduğuna görə ticarət əməkdaşlığında maraqlıdır. Azərbaycan və İranın ekstraterritorial əkin sahələrinin əkilməsi və istifadəsi ilə yanaşı həmçinin yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının təmini və ərzaq təhlükəsizliyi sahəsində də əməkdaşlıqlarını artıracaq”, - deyə M. Kərimi Təfərrüşi qeyd edib. BMT tərəfindən bu yaxınlarda koronavirus sahəsinə “Əsrin böhranının xoşməramlı səfiri” seçilən M. Kərimi Təfərrüşi Bakı və Tehranın koronavirusla mübarizə ilə bağlı birgə əməkdaşlığı vurğulayaraq bildirib ki, koronavirus iki ölkənin ticarət əlaqələrinə mənfi təsir göstərib. “Sərhədlərin bağlanması ilə ticarət dövriyyəsi azalıb, lakin hazırda problemlər aradan qaldırılır. Hazırda iki ölkənin sərhəd bazarları əvvəlki qaydada fəaliyyət göstərməyə başlayır. İran koronvavirusa nəzarət sahəsində çox dəyərli təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Düşünürəm ki, koronavirs ümumdünya problemidir və onun həlli üçün global qərarlar qəbul olunmalıdır”. Teqlər : #ekstraterritorial ,#əkinsahələri,#kənd təsərrüfatı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Britaniyada ilk dəfə hicablı xanım məhkəmədə hakim təyin olundu ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO