İranlı generaldan terrorçulara xəbərdarlıq

"Bağdad və müqəddəs məkanlar təhlükəyə girsə, birbaşa müdaxilə edərik". Maide.az xəbər verir ki, belə bir açıqlama ilə İranlı general Məhəmməd Baqiri çıxış edib.
 
General Baqiri terroristlərin İran sərhədlərinə hər hansı bir hücumu haqqında açıqlamasında, İranın "qırmızı xətt"ləri olduğunu, kim bu xəttləri aşarsa, İran Silahlı Qüvvələri tərəfindən dərhal reaksiya veriləcəyini qeyd edib.
 
General Baqiri bundan əvvəl də terroristləri İran sərhədinə yaxınlaşmaları ilə bağlı xəbərdar etdiyini vurğulayıb: "İraqda Bağdad, müqəddəs məkanlar və məsum imamların hərəmlərinin hamısı İranın "qırmızı xətt"ləridir."

Google+ WhatsApp ok.ru