İran Livan ordusunu silahlandırır, raketlər yoldadır 01 Oktyabr 2014 01:00 Dünya İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani Livan və Suriya səfərləri daxilində Livanda keçirdiyi görüşlərdə İranın Livan ordusuna hərbi yardım edəcəyini və bu köməyin qarşılıqsız olacağını söyləyib. Maide.az-ın məlumatına görə, Şamxani səfəri çərçivəsində Livanın baş naziri Tammam Salam ilə baş nazirlik sarayında görüşüb. Şamxani görüşdən sonra verdiyi açıqlamada, "İran dövləti olaraq Livan ordusuna terror təşkilatları ilə döyüşləri üçün hərbi yardım edəcək", - deyib. İranın Livan ordusuna edəcəyi hədiyyənin miqdarı və xüsusiyyəti mövzusunda açıqlama verməyən Şamxani Livan müdafiə naziri Samir Mukbilin Tehran səfərində köməyin ediləcəyini və Livan ordusunun ehtiyacı olan silahların da müzakirə olunacağını söyləyib. Teqlər : #İran Livan ordusunu silahlandırır,#raketlər yoldadır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə ilk Beynəlxalq İslam Universiteti yaradılır Yəməndəki son hadisələrdə 274 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO