İranın mədəniyyət naziri: `Həcc danışıqları üçün Səudiyyəyə bir heyət göndərmişik`

İranın mədəniyyət naziri: `Həcc danışıqları üçün Səudiyyəyə bir heyət göndərmişik`

İranın mədəniyyət naziri Seyid Rza Salehi Əmiri həcc danışıqları üçün Səudiyyə Ərəbistanına bir heyətin göndərildiyini bildirərək, bu danışıqların hələ də davam etdiyini açıqlayıb.
 
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Seyid Rza Salehi Əmiri mətbuat nümayəndələrinə açıqlamasında belə qeyd edib: "Həcc danışıqları üçün Səudiyyə Ərəbistanına göndərdiyimiz nümayəndə heyəti bu gün üçüncü tur danışıqlarını davam etdirəcək. Bu heyət İrana qayıtdıqdan sonra, həcc danışıqlarının nəticəsini xalqımıza açıqlayacağıq".
 
Salehi Əmiri daha sonra açıqlamasını belə qeyd edib. "Həcc vacibatı üçün bizim mövqeyimiz aydındır və bəzi şərtlərimiz var. Səudiyyə Ərəbistanı şərtlərimizi qəbul etsə, İrandan zəvvarlar göndəriləcək, lakin şərtlərimizi qəbul etməsələr, iranlıları həcc vacibatında iştirak etməkdən məhrum edəcəklər. Bütün bunlara baxmayaraq, nümayəndə heyətimiz ölkəyə qayııtmayana kimi şərhlər verməyəcəyik".
 

Google+ WhatsApp ok.ru