İranın neft ixracı sanksiyalardan əvvəlki səviyyəyə çatdırılıb 10 Avqust 2016 01:00 Dünya İranın neft ixracı gün ərzində 2,5 milyon barel təşkil edir. Bu o deməkdir ki, ölkənin dünya bazarındakı payı sanksiyalardan əvvəlki dövrə çatdırılıb. Trend NİOC agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib. O deyib ki, İran ölkədə neft hasilatını yüksəldərək dünya bazarındakı rolunu bərpa edə bilib. İ.Cahangiri bildirib ki, bəzi neft hasil edən ölkələr, o cümlədən Fars körfəzində, "qara qızıl"ın qiymətinin enməsi böyük problem yaradıb: "Amma effektiv idarəçiliyə görə İranda iqtisadi sabitlik qalib gəlib". Qeyd edək ki, hazırda İranda sutkada 3,8 milyon barel neft istehsal edilir. / Teqlər : #İranın neft ixracı sanksiyalardan əvvəlki səviyyəyə çatdırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ankara 15 iyul çevriliş cəhdi ilə bağlı statistik rəqəmləri açıqladı Liviyada FETÖ ilə bağlı məktəblər bağlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO