İranın sabiq prezidenti Haşimi Rəfsəncani vəfat edib - YENİLƏNİB - FOTO

İranın sabiq prezidenti Haşimi Rəfsəncani vəfat edib - YENİLƏNİB - FOTO

20:33
 
İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib. 
 
Maide.Az İranın Fars agentliyinə istinadən xəbər verir ki, Ə.Ə.Haşimi Rəfsəncani bu gün 82 yaşında vəfat edib. 
 
Qeyd edək ki, Ə.Ə.Haşimi Rəfsəncani bu gün ürəyində yaranmış problemə görə Tehranda xəstəxanalardan birinə yerləşdirilmişdir. 
 
Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri vəzifəsində çalışıb. Əli Əkbər Haşimi Rəfsəncani Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclisinin üzvü, İslami Azad Universitetinin təsisçisi olub. 
 
 
****
 
İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.
 
Maide.Az xəbər verir ki, Ə.Ə.Haşimi Rəfsəncaninin ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib. 
 
Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib. “Bu gün onun ürəyində yaranan problemlə əlaqədar Tehranda xəstəxanaların birində yerləşdirilib. Ümumi vəziyyəti normaldır”.
İranın tasnimnews xəbər saytı isə məlumat yazıb ki, həkimlər Ə.Ə.Haşimi Rəfsəncaninin sağalacağına ümidsizdir. “Onun ümumi vəziyyəti çox ağırdır”, -deyə həkimlər bildirib. 
Bəzi İran saytları Əli Əkbər Haşimi Rəfsəncaninin ölüm xəbərini də yayımlayıb. Lakin onun ölümü ilə bağlı yayımlanan məlumatlar rəsmi təsdiqlənməyib. 
 
Allah rəhmət eləsin.
 
Mərhum Ə.Ə.Haşimi Rəfsəncanin cənazəsi Camaran hüseyniyyəsinə gətirilib. Onun çərşənbə axşamı dəfn olunacağı bildirilir. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru