İranın xarici işlər naziri Türkiyəyə səfər edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  bu gün İstanbula səfər edib. 
 
Maide.az xəbər verir ki, M.Cavad Zərif Türkiyə rəsmiləri ilə iki tərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə danışıq aparacaq. "Biz Türkiyə ilə  ən yaxşı iqtisadi əlaqələr qurmaq niyyətindəyik. Eləcə də  müştərək təhlükələr qarşısındayıq, ona görə  regionda baş verən dəyişikliklər və proseslər bu səfərdə müzakirə olunacaq məsələlərdəndir".-deyə M.Cavad Zərif  jurnalistlərə deyib. 
 
M.C.Zərif  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazir Əhməd Davudoğlu, prezident Rəcəb Təyyib Ərdoğan ilə görüşəcək. 
 
Qeyd edək ki, M.C.Zərif  cümə günü Rusiyalı həmkarı  Sergey Lavrovla telefonla danışıb və Suriyadakı son durum və atəşkəs və onun icrası ilə bağlı danışıb. /
 

Google+ WhatsApp ok.ru