İran parlamentinin sədri: `Rusiya təyyarələrinin Həmədan aviabazasından uçuşları dayandırılmayıb` 23 Avqust 2016 01:00 Dünya Uçuşlar dayandırılmayıb. İran və Rusiya terrorla mübarizədə müttəfiqdirlər Rusiya döyüş təyyarələrinin İranın Həmədan aviabazasından uçuşları dayandırılmayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Əli Laricani bildirib. "Uçuşlar dayandırılmayıb. İran və Rusiya terrorla mübarizədə müttəfiqdirlər", - deyə o vurğulayıb. Eyni zamanda, Ə.Laricani İranın Həmədandakı bazasının heç kimə daimi əsasda verilmədiyini, sadəcə, oradan yanacaq doldurulması üçün istifadə olunduğunu diqqətə çatdırıb. Qeyd edək ki, bu bəyanat deputat Mahmud Sadeqinin parlamentin rəyasət heyətinə Həmədan aviabazasından istifadə ilə əlaqədar məsələyə izahat tələb edəcəkləri ilə bağlı atmacasına cavab olaraq verilib. "Tələb mütləq yerinə yetiriləcək", - deyə İran parlamentinin spikeri bildirib. / Teqlər : # İran parlamentinin sədri: `Rusiya təyyarələrinin Həmədan aviabazasından uçuşları dayandırılmayıb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 400 min afrikalı malyariya xəstəliyindən ölüb İran “Cənub Pars” qaz yatağında hasilatı artıracaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO