İran Prezidenti Pakistana gedir

İran Prezidenti Pakistana gedir

İran Prezidenti Həsən Ruhani fevralın 28-də Pakistana səfər edəcək.
 
Ruhani İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin liderlərinin zirvə görüşündə iştirak edəcək.
 
H.Ruhaninin İslamabadda keçiriləcək zirvə görüşündə çıxış edəcəyi və bir sıra ikitərəfli görüşlər keçirəcəyi bildirilib.
 
Zirvə görüşündə üzv dövlətlərin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin hazırlanıb həyata keçirilməsi və perspektiv inkişaf məsələləri müzakirə ediləcək. Zirvə görüşündən sonra İslamabad Bəyannaməsinin qəbul ediləcəyi də gözlənilir.
 
Qeyd edək ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə arasında yaradılıb. Azərbaycan bu təşkilata 1992-ci ildə üzv olub. (axar.az) /

Google+ WhatsApp ok.ru