İran raket proqramını davam etdirəcəyini bəyan edib 05 Fevral 2016 02:00 Dünya İran raket proqramını davam etdirəcək. APA-nın “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin komandanı general-mayor Ataollah Salehi bəyan edib. “Biz İranın ünvanına səsləndirilən tənqidlərə fikir vermirik. Raket proqramı nüvə sazişinin şərtlərini pozmur”, deyə Salehi bildirib. Onun sözlərinə görə, raket proqramı həmçinin qonşu dövlətlərin təhlükəsizliyinə təhdid yaratmır. Qeyd edək ki, Fransa Tehranın ballistik raketini sınaqdan keçirdiyinə görə Aİ ölkələrini İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. ABŞ bundan əvvəl raket proqramını davam etdirdiyinə görə Tehrana qarşı yeni sanksiyalar tətbiq edib. Teqlər : #İran raket proqramını davam etdirəcəyini bəyan edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Britaniyanın “British Airways” hava yolları Tehrana uçuşlara başlayacaq Suriya ordusunun irəliləyişi terrorçuları narahat edib - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO