İran, Suriya və İraq Xarici İşlər Nazirliklərinin terrorla mübarizə toplantısı

İran, Suriya və İraq xarici işlər nazirləri terrorizm və ekstremizmlə mübarizə mövzusunda üçtərəfli görüşü keçirib.
 
Maide.az xəbər verir ki, üç ölkənin xarici işlər nazirləri Tehranda təşkil olunan "Dünya, zorakılıq və ekstremizmə qarşı" başlıqlı beynəlxalq konfrans çərçivəsində bir araya gəliblər.
 
Məhəmməd Cavad Zərif, Vəlid Müəllim və İbrahim Cəfəri ilə birlikdə üç ölkənin xarici işlər nazirinin müavinləri ilə yüksək səviyyəli nümayəndələrinin də qatıldığı üçtərəfli görüşdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, "İran, İraq və Suriya ekstremizm və terrorizmlə mübarizə məsələsində əvvəlcədən müştərək baxışa malikdir. Bu üç ölkənin əməkdaşlıq etməsi məcburidir."
 
Regionda baş verən son proseslərin və ortaq təhdid və qayğıların müzakirə edildiyi görüşdə belə məşvərət toplantılarının təkrarlanmasının və kəşfiyyat mübadiləsinin gücləndirilməsinin aparıldığı açıqlanıb.

Google+ WhatsApp ok.ru