İran və ABŞ Xarici İşlər nazirlərinin nüvə görüşü gözlənilir

Cümə günü Cenevrədə İran və ABŞ arasında başlayacaq ikitərəfli nüvə danışıqlarına iki ölkə Xarici İşlər nazirlərinin də qatılması ehtimal olunur.
 
Maide.az xəbər verir ki, İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrin davamında cümə günü Cenevrədə İran və ABŞ nümayəndələri arasında mütəxəssis və nazir müavinləri səviyyəsində ikitərəfli danışıqlar başlayacaq.
 
Digər tərəfdən, bəzi məlumatlı mənbələrə görə bu çərçivədə İran Xarici İşlər naziri Cavad Zərif və ABŞ Xarici İşləri naziri Con Kerri yəqin ki, bazar və bazar ertəsi günü görüşəcəklər.
 
ABŞ Xarici İşləri Nazirliyi də yaydığı bəyanatda nazir müavini Vendi Şermenin İran ilə nüvə müzakirələrinə qoşulmaq üçün Cenevrəyə səfərə gedəcəyini bildirib.
 
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və ABŞ Xarici İşləri naziri Con Kerri sonuncu dəfə Münhendə görüşmüşdülər.

Google+ WhatsApp ok.ru