İran və Almaniya müştərək beynəlxalq universitet təsis edir

Iran və Almaniya müştərək  beynəlxalq  universitet təsis  edəcək. Bunu Tehranın Sənət və Elm universitetinin rektor müavini Turəc Məhəmmədi deyib. 
 
Maide.az xəbər verir ki, T.Məhəmmədi deyib ki, Almaniyadan nümayəndə heyəti İrana səfər etdiyi zaman müştərək universitetin  təsis edilməsi ilə bağlı razılıq əldə olunub. 
 
O bildirib ki, Sənət və  Elm Universiteti müştərək universitetin təsisi üçün əlaqələndirici universitet seçilib. “Almaniya və İran müştərək  universitetinin filalı  Tehranda açılacaq. Müştərək universitetin yaradılması üçün ilkin araşdırmalar aparılıb. Universitetə dünyanın müxtəli ölkələrindən tələbə qəbul olunacaq”. /
 
 

Google+ WhatsApp ok.ru