İran və Hollywoodun ilk birgə kino layihəsi - yaxında

İran və Hollywoodun ilk birgə kino layihəsi - yaxında

İran və Hollywoodun ilk birgə kino layihəsi olan "İlk Doğum" adlı filmin çəkilişləri yaxın günlərdə başlayacaq. 
 
Maide.Az xəbər verir ki, ssenarisi Mehdi Əli Mirzainin Sam Hose və Daraq Zohdi ilə birlikdə yazdığı "İlk Doğum" un rejissoru İranlı kinorejissor Ali Atşanidir.  
 
Komediya janrında çəkilən filmdə Hollivudun məşhur aktyoru Val Kilmerin də oynayacağı qeyd edilib.
 
Yeni evlənən bir cütlüyün hekayəsindən bəhs edən filmin xülasəsi belədir: İran əsilli "Ben" adlı gənc amerikalı arvadı "Kate" ilə Kaliforniyada yaşayır. İlk uşaqlarının doğumunu gözləyən cütlüyün ailələrinin də bir araya gəlməsi yeni problemlərə səbəb olacaq.
 
Oyunçu heyətinin yaxında adları açıqlanacaq. Filmin çəkilişləri ABŞ-ın Los Anceles şəhərində aparılacaq. /

Google+ WhatsApp ok.ru