İran və Azərbaycan sərhəddində zəlzələ baş verib 17 Noyabr 2017 02:00 Dünya -- 4,7 bal gücündə Bu gün axşam İran və Azərbaycan sərhəddində Parsabad şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Maide.Az Mehr agentliyinə istinadən xəbər veri r ki, Parsabad şəhərində insanlar evlərindən çölə çıxıb və gecəni çöldə gecələcəklərini bildirib. Zəlzələ nəticəsində ölən və xəsarət alanin olmadığı bildirilir. Bəzi evlərdə çatlar yaranıb. Qeyd edək ki, bu gün Azərbaycanda da növbəti dəfə zəlzələ olub. Yeraltı təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı “Report”a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: “Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub”. Teqlər : #İran və Azərbaycan sərhəddində zəlzələ baş verib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Baş qərargah rəisindən tarixi etiraf Çində 6,5 bal gücündə zəlzələ olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO