İran xarici işlər nazirinin köməkçisi: `Əsla icazə verməyəcəyik` 10 Oktyabr 2014 01:00 Dünya Maide.az-ın məlumatına İran xarici işlər nazirinin köməkçisi Əmir Abdullahian Orta Şərq Strateji Araşdırmalar Mərkəzində keçirilən "İraq və İŞİD-ə Qarşı Beynəlxalq İttifaq" mövzulu konfransda Suriyanın mövcud hakimiyyətinin devrilməsinə İranın icazə verməyəcəyini deyərək, belə söyləyib: "ABŞ İŞİD-ə hücum etməzdən əvvəl İrana Bəşşar Əsəd hökumətinin mərkəzlərinə hücum planları olmadığına dair məlumat verdi. Oxşar məlumatı Şam hökumətinə də verdi, ancaq buna baxmayaraq, bu mövzuda onlara güvənmirik. Buna görə hadisələri yaxından izləyirik. ABŞ və ya başqa bir ölkə tərəfindən Suriyanın milli suverenliyinə qarşı tətbiq olunacaq uçuşa qadağan bölgə, ya da hərbi qüvvələrin Suriya torpaqlarına girməsi kimi hər cür səhv addım pis nəticələr doğuracaq. Bu mövzuda Türkiyəni də xəbərdar etdik." Teqlər : #İran xarici işlər nazirinin köməkçisi: `Əsla icazə verməyəcəyik`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ: İŞİD Türkiyə üçün birbaşa təhdid yaradır Ənbarlıdan qaçan sünnilərə Kərbəla qucaq açdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO