İran XİN rəhbərinin müavini: “Altılıq” ölkələri ilə saziş iyunun 30-dək imzalana bilər” 12 May 2015 01:00 Dünya İranın nüvə proqramı üzrə saziş son tarix - iyunun 30-dək də imzalana bilər. Maide.az-ın “Press TV”yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini Abbas Əraqçı bəyan edib. Tərəflər arasında bir sıra məsələlərlə bağlı ziddiyyətlərin olduğunu deyən diplomat İranla “altılıq” ölkələrinin müvafiq sənədin vahid razılaşdırılmış mətnini hazırlamağa cəhd etdiyini diqqətə çatdırıb. “Düşünürük ki, sonuncu tarixədək bunu edə bilərik”, - deyə o vurğulayıb. Diplomat onu da əlavə edib ki, tərəflər Nyu-Yorkda yekun sənədin ilkin variantını hazırlayıblar. Qeyd edək ki, bu gün Vyanada A. Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə “altılıq” ölkələri təmsilçilərinin görüşü keçiriləcək. Teqlər : #İran XİN rəhbərinin müavini: Altılıq ölkələri ilə saziş iyunun 30dək imzalana bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MKİ-nin sabiq məmuru İranın nüvə işi ilə əlaqədar həbs olundu ABŞ heç bir qələt edə bilməyəcək!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO