İraq Ərbəin ziyarəti günlərində iranlılar üçün viza rejimini ləğv etdi

İraq Ərbəin ziyarəti günlərində iranlılar üçün viza rejimini ləğv etdi

İraq İmam Hüseynin (ə) Ərbəin ziyarəti günlərində iranlılar üçün viza rejimini ləğv etdi. 
 
Maide.Az İSNA-a istinadla xəbər verir ki,  bu haqda razılıq bu gün İran daxili işlər nazirinin müavini  Hüseyn Zülfüqari və  İraq daxili işlər nazirinin müavini Məhəmməd Bədr Nasirlə görüşdə əldə olunub. 
 
Məlumata görə,  Ərbəin ziyarəti günlərində İranlı zəvvarlar üçün viza rejimi ləğv olunub və onlar  sığorta kağızı almaqla sərhəddi keçib İraq ərazisindəki müqəddəs məkanları ziyarət edəcə biləcək. 
 
Xatırladaq ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktyabr  tarixinə təsadüf edir.
 

Google+ WhatsApp ok.ru