İraqa yeni BMT nümayəndəsi təyin olundu

Maide.az xəbər verir ki, BMT Baş katibi Pan Gimun İraq üzrə Xüsusi Nümayəndəsi və İraq BMT Missiyasının (UNAMI) direktoru olaraq Slovak diplomat və keçmiş xarici işlər naziri Yan Kubisi təyin edib.
 
BMT Baş Katibinin mətbuat xidmətindən bildiriblər ki, Kubisi bu vəzifəni BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Əlaqələndirici Təşkilatına gətirilən Nikolay Mladenovdan təhvil alacaq.
 
Kubis 2012-2014-cü illərdə BMT Əfqanıstan Missiyasının direktoru və BMT Baş Katibinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi vəzifəsində işlədiyi bildirilən açıqlamada, "Kubis həm ölkəsində, həm də beynəlxalq aləmdə tutduğu diplomatiya, xarici təhlükəsizlik siyasəti və beynəlxalq iqtisadi münasibətlərdəki təcrübəsini yeni vəzifəsinə gətirəcək" ifadələrinə yer verilib.
 
Kubis bu vəzifəni aprel ayında təhvil alacaq.

Google+ WhatsApp ok.ru