İraq baş naziri Ərbəin mərasiminin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb 23 Noyabr 2015 02:00 Dünya İraq baş naziri Heydər əl-Ebadi dünən Kərbəla valisi Əqil əl-Tərihi və Kərəla vilayəti Şurasının sədri Casem əl-Xetabi ilə görüşüb. Maide.az xəbər verir ki, görüşdə Kərbəlada İmam Hüseynin Ərbəin ziyarəti mərasiminin həyata keçirilməsi üçün lazımi hazırlıq işlərinin görülməsi, zəvvarların təhlükəsizliyinin təmin edilməsi, ziyarətçilərə lazımi xidmətlərin göstərilməsi və onların xarici ölkələrdən İraq ərazisinə daxil olmasını təşkil etəmklə bağlı fikir mübadiləsi aparılıb. Heydər əl-Ebadi zəvvarların təhlükəsizliyinin təmin edilməsi və ziyarətçilərə lazımi xidmətlərin göstərilməsi üçün daha çox səylərin göstərilməsinin əhəmiyyətinə toxunaraq, bildirib: Biz İmam Hüseyn (ə) fədakarlığından və qiyamının mesajından dərs almalıyıq, xüsusilə də İraq bugün İslamın və bəşəriyyətin düşmənləri, yəni İŞİD terror təşkilatı tərəfindən başladılan dağıdıcı müharibənin getdiyi bir dönəmdədir./ Teqlər : #İraq baş naziri Ərbəin mərasiminin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa insan haqları təşkilatı Ayətullah Nimrin vəziyyətilə bağlı narahatdır Venesuela prezidenti Ayətullah Xameneiyə : Sizdən çox dərslər almışam
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO