İraq İŞİD-ə qarşı beynəlxalq ictimaiyyətə çağırış etdi

ABŞ-ın Nyu York şəhərində olan İraq prezidenti İŞİD-ə qarşı beynəlxalq ictimaiyyətə çağırış edib.
 
Maide.az-ın məlumatına görə, Nyu Yorkda keçirilən BMT-nin 69-cu toplantısında danışan Fuad Məsum "İŞİD artıq qitələrarası bir təşkilat halını alıb. Təşkilatın maliyyə, hərbi və məlumat mənbələrini qurutmaq, beynəlxalq əməkdaşlıq olmadan reallaşa bilməz. Bu səbəbdən beynəlxalq cəmiyyəti İŞİD-ə qarşı mübarizədə yanımızda olmağa çağırırıq", - deyib.
 
Məsum İŞİD-in İraq və Suriyada nəzarəti altındakı bölgələrdə xilafət elan etməsindən sonra Orta Şərq və dünyadakı radikal qrupların mərkəz nöqtəsi halına gəldiyinə toxunub.
 
Məsum, "radikal qruplar artıq təşkilata bağlılıqlarını açıq şəkildə elan edirlər. Bunun ən təhlükəli göstəricilərindən biri isə artıq Avropa və ABŞ vətəndaşı olan şəxslərin belə terrorçular sırasına qoşulmasıdır" söyləyib.

Google+ WhatsApp ok.ru