İraqda 100 İŞİD terrorçusu təslim oldu

İraq təhlükəsizlik mənbələri İŞİD terror təşkilatının onlarla üzvünün dövlət qüvvələrinə təslim olduğunu açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, İraqın mərkəzində yerləşən Babil Əyalət Şurası Təhlükəsizlik Komitəsi başçısı Həsən Fədam aşıqlamasında İraq təhlükəsizlik gücləri ilə İŞİD ünsürləri arasında Hillə şəhərinin şimalındakı qarşıdurmalardan sonra bəzi nöqtələrin İŞİDin işğalından qurtarıldığını, 100 İŞİD üzvünün də dünən gecə təhlükəsizlik qüvvələrinə təslim olduğunu deyib.
 
İraq təhlükəsizlik və könüllü qüvvələrinin təşkil etdiyi birgə əməliyyat nəticəsində Hillənin şimalındakı bəzi nöqtələr, o cümlədən ona yaxın Şahat şəhəri də İŞİDin işğalından qurtarılıb. 

Google+ WhatsApp ok.ru