İraqda 28 min İŞİD-çi məhv edilib

İraqda 28 min İŞİD-çi məhv edilib

İraqda 3 ilə yaxın İŞİD-ə qarşı aparılan mübarizədə 28 min terrorçu zərərsizləşdirilib.
 
Bu haqda İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Hakim Əl-Zamili məlumat verib.
 
Onun sözlərinə görə, əməliyyatlar zamanı 4 min İŞİD terrorçusu isə ələ keçirilib. Öldürülən İŞİD-çilərin 400-ü terror qruplaşmasının komandirləri olub. Onların 130 nəfəri isə yüksəkçinli komandirlər hesab olunublar.
 
Əl-Zamili onu da qeyd edib ki, İraqda İŞİD tərkibində 86 ölkədən döyüşçü olub. Onlardan 9 mini Asiyadan, 3 mini Səudiyyə Ərəbistanından, qalanları isə Tunis və digər ölkələrdən olub. (faktxeber) /

Google+ WhatsApp ok.ru