'İraqda ABŞ işğalını qəbul etmək axan qanlara hörmətsizlikdir' 02 Aprel 2020 13:46 Dünya İraqın "Nucəba" Müqavimət Hərəkatının sözçüsü Nəsr əş-Şommeri İraq millətinin amerikalı işğalçılara qarşı müqavimətinin, bu ölkədə qanunsuz varlıqlarına son qoyulmadıqca davam edəcəyini söyləyib. Maide.Az"Rastxəbər"ə istinadla xəbər verir ki, Əş-Şommeri bu gün verdiyi açıqlamada, İraqda ABŞ işğalını qəbul etməyin İraqın suverenliyi, ləyaqəti və axan qanlara hörmətsizlik və cinayət olduğunu söyləyib. "Nucəba" sözçüsü İraq müqavimət qüvvələrinin ABŞ və işğalçı qüvvələrlə mübarizəsinin ictimaiyyətə açıq olduğunu deyib: "Amerika qoşunları İraqdan tamamilə çıxarılanadək müqavimət fasiləsiz davam edəcək. Bu qəti, aydın və son qərardır." "Haşdi Şabi" komandirlərindən olan Əli əl-Husayni ABŞ-dakı problemlərə işarə edərək, bəzi Amerika mediasında "Haşdi Şabi"yə qarşı hücum planı ilə bağlı yayılan xəbərlərin, xalqı korona böhranının təsirindən və xaosdan yayındırmaq olduğunu söyləyib. Teqlər : #'İraqda,#ABŞ,#işğalını,#qəbul,#etmək,#axan,#qanlara,#hörmətsizlikdir', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrandan ABŞ-a etiraz Beynəlxalq təşkilatlardan qida böhranı xəbərdarlığı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO