İraqdakı Amerika şirkətləri ölkənin pullarını talan edir 27 Avqust 2020 16:05 Dünya İraqın Fəth koalisiyasının üzvü ABŞ-ın İraq iqtisadiyyatını dəstəkləməkdə ciddi olmadığını söyləyib. Həsən Şakir Kaabi ABŞ-ın İraq iqtisadiyyatına dəstək verməkdə ciddi olmadığını deyib: "Bu ölkədə müxtəlif layihələr həyata keçirmək üçün İraqa girən Amerika şirkətlərinin hamısı, xüsusən də elektrik sektorunda heç bir şey əldə etməmiş və öhdəliklərini yerinə yetirməmişdir. İraq bu illər ərzində ABŞ ilə müqavilələr imzalayıb, lakin faktiki olaraq heç bir tədbir görülməyib. Hətta bu yaxınlarda İraqın Baş Naziri Mustafa Kaziminin ABŞ-da imzaladığı anlaşma memorandumu yalnız təbliğat və media məqsədləri üçün idi. Amerikalılar 2003-cü ildən bəri İraq iqtisadiyyatına dəstək vermək üçün heç bir şey etməyib. İraqın çox miqdarda pulu talan edilib və Amerika şirkətləri tərəfindən İraqda heç bir tədbir görülməyib"./eastnews.org/ Teqlər : #İraqdakı,#Amerika,#şirkətləri,#ölkənin,#pullarını,#talan,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Minskdə müxalifət liderləri dindirilir Ərəbistanda Qətif müsəlmanları İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əza məclisləri keçirir (VİDEO)
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO