İraqda miqrant sayı artır

Beynəlxalq Miqrasiya Təşkilatı İraqda ölkə daxilindəki köçkünlərin sayının 3 milyon 206 min 736 nəfərə çatdığını bildirib

Maide.az xəbər verir ki, təşkilat tərəfindən verilən yazılı açıqlamada, 2014-cü ilin yanvarından 29 sentyabr 2015-i ilə qədərki müddət ərzində ölkə daxilində daha təhlükəsiz yerlərə köç edənlərin sayının 3 milyon 206 min 736-ya çatdığı bildirilir.
 
Köç edənlərin 1 milyon 334 min 592-si Ənbar, 1 milyon 11 min 606-sı Ninovadan və 407 min 142-sinin də Səlahəddin rayon sakinlərindən olduğu bildirilən açıqlamada, miqrasiya edilən yerlərin başında isə 18 faizlə Ənbar və Bağdad, 13 faiz ilə Duhok və Kərkük, 9 faiz ilə Ərbil, 6 faiz ilə Tirin və 5 faiz ilə Süleymaniyyə yer alır.
 
Bəyanatda həmçinin 400 min iraqlı qaçqınların yaşadıqları yerlərə geri döndüyü, bunların 218 min 928-nin Səlahəddin, 155 min 694-nün Tiqritə və qalanların da fərqli yerlərə yerləşdiyi qeyd edilib.

Google+ WhatsApp ok.ru