İraqda polislə etirazçıların toqquşması nəticəsində 6 nəfər ölüb

İraqda polislə etirazçıların toqquşması nəticəsində 6 nəfər ölüb

İraqın Bəsrə şəhərində etiraz aksiyaları davam edir.
 
Maide.Az "Trend"ə istinadən xəbər verir ki, polislərlə etirazçıların toqquşması nəticəticəsində azı 6 nəfər həlak olub. Ölənlər arasında həm etirazçılar, həmdə polsilər var.
 
Hazırda etirazçılar əyalət administrasiyasının binasını mühasirəyə alıblar, polislər etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.
 
Xatırladaq ki, bir neçə aydır ki, Bəsrə əhalisi hökumətin sosial siyasətindən razı deyil. Bəsrəlilər işsizlik, su təminatı və elektrik enerjisi təminatından narazıdırlar.   Qeyd edək ki, bir müddət öncə Bəsrədə çirkili içməli sudan 18 min insan zəhərlənib. 

Google+ WhatsApp ok.ru