İraqda Sədr, İbadi, Həkim və Allavi koalisiya qurduqlarını elan etdi

İraqda Sədr, İbadi, Həkim və Allavi koalisiya qurduqlarını elan etdi

İraq seçkilərində qalib gələn Sədr Hərəkatının lideri Muqtəda Sədr, baş nazir Heydər Əl-İbadi,  Şiə liderlərindən  Əmmar Həkim və sabiq baş nazir İyad Allavi  hökuməti formalaşdırmaq üçün  ən böyük parlament koalisiyasını təşkil ediblər. 
 
Maide.Az  “AA”a istinadən xəbər verir ki, sabiq baş nazir İyad Allahvi tərəfindən Kazım Şammari, Müqtəda Sədr,  baş nazir Heydər Əl-İbadi, şiə liderlərindən Əmmar Həkim və sünni  liderlərdən Salih Mutləq  Bağdada Babylon hoteldə görüşüb. 
 
İraqlı 4 liderin  parlamentə gedən Sairun, Nasır, Mili Hikmət və Vətəniyyə koalisiyası tərəfindən müştərək yayılan məlumatda bildirilir ki, ölkəmizin mənafeyi və göstəricilərin tələblərinə əsasən, parlamentin ən böyük koalisiyasının təşkili üçün qərar qəbul etdik. 
 
Açıqlamada bu koalisiyanın digər siyasi partiyalar və tərəflər üçün də açıq olduğu bildirilir.
 
Digər tərəfdən sabiq baş nazir Nuri əl-Malikinin baş ofisinin müdiri Hişam Rikabi də ötən gün yazılı açıqlama yayaraq  Maliki, Fətih koalisiyası ilə kürd və sünni bəzi  digər tərəflərin yer aldığı məclis koalisiyasını tezliklə elan edəcəklərini açıqlayıb. 
 

Google+ WhatsApp ok.ru