İraqda terror hücumu: 4 ölü, 18 yaralı

İraqın Ənbar rayonunda hərbi məntəqəyə bomba yüklü avtomobillə təşkil edilən intihar hücumunda 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
 
Maide.az xəbər verir ki, Ənbar polis rəisi Kazım Məhəmməd Əl-Fəhdavi açıqlamasında Ramadi rayonunun Əl-Buğanim bölgəsində İŞİD terrorçusunun bomba yüklü maşınla hərbi məntəqəyə intihar hücumu təşkil etdiyini bildirib. Fəhdavi hadisədə biri intiharçı olmaqla 4 nəfərin öldüyünü, 18 təhlükəsizlik işçisinin yaralandığını deyib.
 
Fəhdavi həmçinin İŞİD terrorçularının Ramadinin Əl-Burişə bölgəsində "Sahva qüvvələri" bölgə komandiri Əhməd Əl-Burişənin evini partlayıcılarla dağıtdığını bildirib.

Google+ WhatsApp ok.ru